Modern.az

Ərdoğanın ABŞ-a səfəri gözlənilir

Ərdoğanın ABŞ-a səfəri gözlənilir

13 Fevral 2024, 09:34

ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiqlədikdən sonra Türkiyə və ABŞ ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir. Gündəliyə yüksək səviyyəli səfərlər, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri daxildir.


Modern.az-ın məlumatına görə, bu barədə “Hürriyyet” qəzeti yazıb.

Türkiyənin 40 yeni F-16 və 79 qırıcı modernizasiya dəsti almasına dair Konqresin təsdiqi barədə məlumatı fevralın 11-də ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk tərəfindən açıqlanıb. Türkiyə lideri Ərdoğan bu məlumatı fevralın 12-də təsdiqləyib.

“Hürriyet”in məlumatına görə, indi tərəflər sövdələşmənin həyata keçirilməsi proseduru ilə bağlı danışıqlara başlayacaqlar, xüsusən, üç memorandumun hazırlanması, təyyarələrin çatdırılma tarixlərinin və döyüş təyyarələri üçün modernləşdirmə dəstlərinin, qiymət parametrlərinin müəyyənləşdirilməsi planlaşdırılır. İlkin işlərin nəticələrinə əsasən, Türkiyə ilə ABŞ arasında bütün razılaşmaları birləşdirəcək hökumətlərarası sazişin imzalanması gözlənilir.

Qəzet qeyd edir ki, Ankara və Vaşinqton arasında “yenidən etimad fonunda” iki ABŞ nümayəndə heyətinin enerji, ilk növbədə bərpa olunan enerji və ticarət sahəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yazda Türkiyəyə səfəri gözlənilir. Orada ABŞ-ın 50-yə yaxın ən böyük şirkətinin rəhbərliyinin iştirakı gözlənilir.

Buna cavab olaraq Türkiyədən xarici işlər naziri Hakan Fidanın, ardınca isə Ərdoğanın Vaşinqtona səfəri planlaşdırılır. Belə bir səfərin Vaşinqtonda NATO sammitinin planlaşdırıldığı iyulda baş tutması mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada