Modern.az

Paşinyan Vardenisi də təhvil verə bilər - Vazgen Manukyan

Paşinyan Vardenisi də təhvil verə bilər - Vazgen Manukyan

13 Fevral 2024, 09:48

Regionda vəziyyətin dəyişdiyini deyəndə, başa düşmək lazımdır ki, bunda 99% günahkar Nikol Paşinyandır.

Modern.az-ın məlumatına görə, bunu Ermənistanın ilk baş naziri Vazgen Manukyan yerli mətbuata deyib.

“Hətta indi də o, yeni reallıq yarada bilər: Vardenisi təhvil verir və “yeni reallıq yaranıb” deyir, sonra bu reallıqla hesablaşmağa çağırır. Hakimiyyət xalqımızın ləyaqətini alçaltmaq istəyir. Etdiyi günahları insanların üzərinə yıxmaq istəyir. Düşünürəm ki, insanları uzun müddət bu vəziyyətdə saxlamaq mümkün deyil”, - deyə Manukyan vurğulayıb.

Onun fikrincə, Konstitusiya və ya başqa nəyisə dəyişmək əvəzinə, Paşinyanı dəyişmək daha asandır.

“Demək olar ki, bütün dövlətlər müstəqillik əldə etdikdə, onlar öz məqsədlərini müəyyən edən Müstəqillik Bəyannaməsini qəbul edirlər. Gələcəkdə bütün Konstitusiyalar bu Bəyannaməyə əsaslanır”, - Manukyan vurğulayıb.
 

Onun sözlərinə görə, 1991-ci ildə Ermənistan yeni Bəyannamə, Gürcüstan və Azərbaycan isə 1918-ci il Bəyannaməsini qəbul edib və ona görə, köhnə sərhədlər bu ölkələrin indiki sərhədləri ilə üst-üstə düşmür.

Manikyan Bəyannaməyə istinadları istisna etmək üçün Ermənistan Konstitusiyasına dəyişiklik etmək niyyətini absurd adlandırıb.

“Paşinyan mahiyyət etibarı ilə Bəyannamədən “özümüzü azad etməyə” çağırır, çünki buna görə bizi döyə bilərlər. O, bunu deyəndə, sadəcə gülməli görünür. Amma hakimiyyət saxtakarlıq və təzyiq yolu ilə Konstitusiyaya dəyişikliyin qəbuluna nail olsa, o zaman bütün erməni xalqına mənəvi zərbə vurulacaq. Bəyannamədə yer alan tarixi ədalət ideyasına gəlincə, bu, erməni soyqırımının tanınması ilə bağlıdır”, - deyə Manukyan yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada