Modern.az

UNEC-in təşkilatçılığı beynəlxalq konfrans keçiriləcək

UNEC-in təşkilatçılığı beynəlxalq konfrans keçiriləcək

Aktual

13 Fevral 2024, 09:43

23-26 may 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) təşkil olunacaq.

 

Modern.az xəbər verir ki,  “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində təşkil olunan bu ilki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, Heydər Əliyev Mərkəzində 3 aktual mövzuda panel müzakirələr də keçiriləcək.

 

Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi bazasında (Web of Science, Scopus və digərləri) indekslənəcəkdir.

 

Konfransa tədqiqat işlərinin göndərilməsi üçün son tarix aprelin 15 –dəkdir.

 

Ətraflı məlumatı konfransın  www.iscemr.com saytından əldə edə bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada