Modern.az

Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı

Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı

Aktual

13 Fevral 2024, 09:57

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi