Modern.az

Laçından çıxdığımız yaşdan, yeni həyata başlayacağıq - Ehtiram Hüseynov

Laçından çıxdığımız yaşdan, yeni həyata başlayacağıq - Ehtiram Hüseynov

Aktual

13 Fevral 2024, 10:04

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

 

Azərbaycan xalq mahnılarının və muğamlarının mahir ifaçısı, əməkdar artist Ehtiram Hüseynovun Böyük Qayıdış haqqında rəy və təəssürratı...

 

“Biz itirilmiş torpaqlardan hansı yaşda çıxmışdıqsa, o yaşdan orada yenidən həyata başlayacağıq”, - deyən istedadlı xanəndə doğma Laçında yaşamaq, öz bilik və ifaçılıq bacarıqlarını orada böyüyəcək nəsil ilə bölüşmək arzusundadır. 

 

Əməkdar artist Ehtiram Hüseynovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada