Modern.az

Bankların dollara tələbi 151 milyonu ÖTDÜ

Bankların dollara tələbi 151 milyonu ÖTDÜ

Aktual

13 Fevral 2024, 12:18

13 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

 

Modern.az-ın AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi