Modern.az

Məzahir Pənahov nəticəsi ləğv olunmuş məntəqələrdən DANIŞDI

Məzahir Pənahov nəticəsi ləğv olunmuş məntəqələrdən DANIŞDI

Aktual

13 Fevral 2024, 12:42

Biz vətəndaşların konstitusiya hüququnu poza bilmərik. Hansısa məntəqədə pozuntular aşkar edildiyi halda ölçü götürülür.

 

Modern.az xəbər verir ki, bunu MSK sədri Məzahir  Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il 11 fevral tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılması ilə əlaqədar keçirilən iclasda deyib.

 

MSK sədrinin sözlərinə görə, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu halda, bu, araşdırılır.

 

Bu dəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə seçki komissiyasında nöqsanlar olduğu aşkar edildi. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi