Modern.az

"Vətəndaşlar bizdən xahiş edirdi ki..." - Məzahir Pənahov

Aktual

13 Fevral 2024, 12:54

“Yeddi fevral prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu. Vətəndaşlar bizdən xahiş edirdi ki, Mərkəzi Seçki Komissiyası onlara şərait yaratsın, qeydiyyatdan çıxma vəsiqəsi alsınlar və azad edilmiş ərazilərdə səs versinlər. Biz də onlara başa salırdıq ki, bu, indiki mərhələdə mümkün olmayan məsələdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bugünkü iclasında deyib. MSK sədri əlavə edib ki, bu seçkilər Azərbaycanın tarixində müstəsna əhəmiyyət daşıyırdı.

 

“Biz Mərkəzi Seçki Komissiyasının ilk iclasında bu seçkiləri Zəfər seçkiləri adlandırmışdıq. İlk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərdə səsvermənin necə təşkil edilməsi ilə bağlı araşdırmalar apardıq. Seçki Məcəlləsinin tələbinə görə orada son iki ildə həyata keçirilən tikinti, bərpa və quruculuq işlərində iştirak edən şəxslər son 6 ay ərzində həmin ərazidə yaşadıqlarına görə onlar da həmin ərazi üzrə siyahılara daxil edilməli idi. Nəticədə həmin ərazidə təxminən 22 mindən artıq daimi əsaslarla yaşayan seçiciləri siyahıya aldıq”, - deyə MSK sədri qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR