Modern.az

Nasaz maşını yüksək sürətlə idarə edən sürücü cərimələndi

Nasaz maşını yüksək sürətlə idarə edən sürücü cərimələndi

Aktual

13 Fevral 2024, 12:58

Nasaz avtomobillə yüksək sürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Məlumata görə, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.

 

Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.

 

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir", DYP-nin məlumatında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR