Modern.az

Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlandı

Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlandı

Aktual

13 Fevral 2024, 13:18

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 3 kiloqram 60 qram narkotik vasitə - marixuana aşkar edilib.

 

Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

 

S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.

 

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi