Modern.az

"Tiktoker" Adəmin atası ilə bağlı tədbir görüldü

Aktual

13 Fevral 2024, 13:50

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:

 

“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi