Modern.az

Müdafiə naziri xəstəxanaya yerləşdirildi

Müdafiə naziri xəstəxanaya yerləşdirildi

13 Fevral 2024, 13:42

İtaliyanın müdafiə naziri Quido Krosetto perikardit şübhəsi ilə fevralın 12-də Romada xəstəxanaya yerləşdirilib

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi bildirib.

 

Mənbənin sözlərinə görə, 60 yaşlı Krosettonun "vəziyyəti yaxşıdır və gün ərzində evə buraxıla bilər, lakin sağlamlıq yoxlamaları hələ də davam edir".

 

Nazirlik bildirib ki, o, şiddətli sinə ağrılarından əziyyət çəkib və özü Romadakı San Karlo di Nansi xəstəxanasının təcili yardım otağına gedib.

 

"O yoxlanılıb və ürəyin koronoqrafiyasından keçirilib", - Nazirliyin məlumatında bildirilir.

 

İtaliyanın xarici işlər naziri Antonio Tayani Krosettonun tezliklə sağalmasını diləyib və bununla bağlı "X" hesabında paylaşım edərək: "Sizi tezliklə görməyi səbirsizliklə gözləyirik" yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada