Modern.az

Rusiya, Azərbaycan, Ermənistan və İran enerji körpüsü yarada bilər

Rusiya, Azərbaycan, Ermənistan və İran enerji körpüsü yarada bilər

Aktual

13 Fevral 2024, 14:50

Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər,

Modern.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.

Onun sözlərinə görə, dörd ölkə arasında enerji körpüsünün yaradılması layihəsi var ki, bu da elektrik enerjisinin pik yüklənmə dövrlərində nəqlini nəzərdə tutur.

Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparır. Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və ötürülməsini nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi