Modern.az

Ermənistan ordusunun daha bir könüllüsü ÖLDÜ

Ermənistan ordusunun daha bir könüllüsü ÖLDÜ

Aktual

13 Fevral 2024, 15:34

Ermənistan tərəfi daha bir hərbçinin ölümü barədə məluamat yayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatı “Yerkrapa” könüllülər birliyi yayıb.

Məlumata görə, fevralın 12-də, könüllü hərbçi - 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryan qəfil ölüb.

Qeyd olunur ki, ölümün hansı şəraitdə baş verdiyini öyrənmək üçün araşdırma aparılır.

Xatırladaq ki, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan Ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi məhv edilib. Nəticədə 4 erməni hərbçi ölüb, 1-I yaralanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi