Modern.az

Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçiriləcək

Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçiriləcək

13 Fevral 2024, 14:18

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı, “İKT LAB” Tətbiq və Tədris Mərkəzi və Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyi arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə uzun müddət məhkumluq həyatı yaşayan qadınlara rəqəmsallaşma üzrə bilik və bacarıqların aşılanması, iş qabilliyətini təmin etməklə cəmiyyətə sürətli adaptasiyası mövzularında müzakirələr aparılıb. Ümumilikdə 20 qadına İKT sahəsində biliklərin tədris olunması üzrə ilkin razılığa gəlinib.

 

Cəzaçəkmə müəssisəsində baş tutacaq təlimlər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Tədris üçün lazımi avadanlıqlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təmin olunacaq.

 

Qeyd edək ki, dərslərin cari ilin mart ayında başlanılması planlaşdırılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada