Modern.az

Gimnaziyada mənimsəmə - Vəzifəli şəxsə cinayət işi açıldı

Gimnaziyada mənimsəmə - Vəzifəli şəxsə cinayət işi açıldı

13 Fevral 2024, 17:10

Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

 

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

 

Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi