Modern.az

102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR

102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR

Aktual

13 Fevral 2024, 17:06

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı 102 yaşlı Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində müalicə alır. 

 

Modern.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova “dərin venaların trombozu” diaqnozu ilə ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.  Müxtəlif şikayətlərdən əziyyət çəkən xəstəmiz tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşub. 

 

Gəldiyi ilk gündən Fatma Səttarovanın müalicəsi Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov tərəfindən nəzarətə götürülmüşdür. Bu gün isə müalicənin sonlarına doğru xəstənin ümumi vəziyyəti ilə yaxından tanış olmaq üçün palatanı ziyarət edərək, Fatma anamızla həmsöhbət olublar.

 

Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev, damar cərrahı Əşrəf Həsənzadə və radioloq Cavid Əhmədov müalicəsinini apardığı Fatma Səttarova yaxın günlərdə evə yazılacaq. 

 

Bu uğurlu komanda işi sayəsində sağlamlığına qovuşan Fatma anamız müalicəsində əməyi keçən bütün komanda üzvlərinə təşəkkürünü bildirərək və dedi ki, həkimlərin qayğı, səmimiyyəti də bir müalicə vasitəsidir. Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını dilə gətirərək, xalqımızın sağlamlığının keşiyində duran tibb ocağının fəaliyyətində uğurlar arzu etdi.

 

Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

 

İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət və əsl mərdlik nümayiş etdirən veteran Fatma anamıza sağlam həyat arzu edirik.

 

102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR102 yaşlı veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır - FOTOLAR

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi