Modern.az

Bu gün 24 mindən artıq ağac əkilib

Bu gün 24 mindən artıq ağac əkilib

Aktual

13 Fevral 2024, 17:57

Son günlər ölkədə hava şəraitinin əlverişli keçməsi bir sıra meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirlərinin aparılmasına imkan verir.

 

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Modern.az-a bildirib ki, bu gün növbəti ağacəkmə və meşəbərpa tədbirləri Lerik, Masallı, İmişli, Sabirabad, İsmayıllı, Qəbələ, Şəki, Ağdaş və Göygöl rayonlarının meşə fondu torpaqlarında keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

 

“Gün ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 18,5  hektar ərazidə 24 150 ədəd müxtəlif cinsli ağac tingi əkilib, 900 kiloqram toxum səpilib”.

 

Xidmət rəisinin sözlərinə görə, ağacəkmə və meşəbərpa tədbirlərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş tinglərindən istifadə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi