Modern.az

Azyaşlılara siqaret satanlar tənbeh olundular

Azyaşlılara siqaret satanlar tənbeh olundular

Aktual

13 Fevral 2024, 18:47

Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satması faktları aşkar edilib.

 

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi