Xəbər verdiyimiz kimi Ermənistan Ordusunda kadr dəyişiklikləri olub.
Modern.az xəbər verir ki, Artur Eroyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Bununla bağlı dövlət başçısı baş nazirin təqdimatı əsasında sərəncam imzalanıb.
Digər sərəncamla A.Eroyan Silahlı Qüvvələr Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. O, bu vəzifəni 18 mart 2021-ci ildən tuturdu.
Artur Eroyan daha əvvəl Vazgen Sarkisyan adına Hərbi Universitetinin rəhbəri vəzifəsində işləyib.
Ermənistan KİV-i yazır ki, Baş nazir Nikol Paşinyan ordunu Rusiyameyilli kadrlardan təmizləməyə başlayıb.
Belə ki, rəsmi sərəncamla Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilən Kamo Koçuntsun Rusiyapərəst kadr olduğu vurğulanır.