Modern.az

İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

14 Fevral 2024, 11:24

İran Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş son hadisələrə toxunaraq, mübahisələri sülh yolu ilə həll etməyə çağırıb.
 

Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasser Kanani qeyd edib ki, Tehran sərhəddəki gərginlikdən narahatdır.
 

Nasser Kanani Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.
 

O, dialoq və diplomatiyanın Qafqaz regionunda sabit və davamlı sülhə nail olmağın yeganə yolu olduğunu bir daha vurğulayıb. XİN sözçüsü bir daha hər iki ölkəni sülh sazişinin əldə olunması üçün səyləri gücləndirməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu