Modern.az

Samuxda açıq ərazidə yanğın - VİDEO

Samuxda açıq ərazidə yanğın - VİDEO

14 Fevral 2024, 11:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

 

Yanğın nəticəsində təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu