Müdafiə Nazirliyində kadr dəyişiklikləri davam edəcək. Yaxın vaxtlarda 2022-ci ilin iyulundan Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilmiş Edvard Asryan da vəzifəsindən azad ediləcək.
Modern.az xəbər verir ki, bu barədə “Haraparak” öz mənbələrinə istinadən məlumat yayıb.
“Mənbələrimiz bildirir ki, müdafiə naziri Suren Papikyan öz seçiminə uyğun hərbi elita formalaşdırır”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan 22 may 1977-ci il tarixində Azərbaycanın Xocavənd rayonunun Azıx kəndində anadan olub. 1994–1999-cu illərdə Xankəndi Dövlət Universitetində oxuyub. 2004–2006-cı illərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Akademiyasında hərbi təhsil alıb. 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının üç aylıq kurslarını, 2021-ci Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının başqa kurslarını bitirib.
1994-cü ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edir. 2022-ci ildən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olan Asryan general-leytenant rütbəsi daşıyır.
Qəzet yazır ki, bu gün Baş Qərargah rəisinin müavini təyin edilmiş Artur Eroyanın tezliklə Baş Qərargahın rəisliyinə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu gün Kamo Koçuntsun Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edildiyi rəsmən məlum olub.
“Hraparak” yazır ki, Ermənistan hakimiyyəti ordudad Rusiyameyilli kadrların təmizlənməsi prosesinə başlayıb və özünə uyğun hərbi elita formalaşdırmaq qərarına gəlib.