Modern.az

Bakıda orta aylıq əməkhaqqı açıqlandı

Bakıda orta aylıq əməkhaqqı açıqlandı

Aktual

14 Fevral 2024, 14:24

2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur.

 

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu