Gürcüstanın müdafiə naziri İrakli Çikovani Türkiyə Respublikasının Tbilisidəki səfiri Ali Kaan Orbay ilə tanışlıq görüşü keçirib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Gürcüstanın Türkiyə Respublikası ilə strateji tərəfdaşlığı, müdafiə və regional təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı prosesinə Türkiyənin göstərdiyi mühüm dəstək, o cümlədən hərbi təhsil və birgə təlimlər, müxtəlif istiqamətlərdə maddi-texniki yardımlar da diqqət mərkəzində olub.
Söhbət zamanı əməkdaşlığın gələcək perspektivləri də nəzərdən keçirilib.