Ötən il ölkədə 60150 ölüm halı qeydə alınıb
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Beləliklə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
Qeyd edilib ki, ölənlərin 3156 nəfəri (5,2 faizi) 0-17 yaşda, 6342 nəfəri (10,6 faizi) 18-49 yaşda, 15655 nəfəri (26,0 faizi) 50-64 yaşda, 34997 nəfəri (58,2 faizi) isə 65 və yuxarı yaşda olub.