Modern.az

Müşfiqabadda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

Müşfiqabadda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

Aktual

14 Fevral 2024, 16:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Global Media Group”un təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, “Global Media Group”, “Global Management” və qrupa daxil olan digər şirkətlərin əməkdaşlarının, ETSN-nin, Medianın İnkişafı Agentliyinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu