Modern.az

"Qablaşdırma" zavodunun açılış mərasimi keçirildi - FOTOLAR

Aktual

14 Fevral 2024, 17:38

"Ata Pack" MMC-nin yeni istifadəyə veriləcək "Qablaşdırma" zavodunun açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri ⁠Mehman Nəbiyev, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısının müavini ⁠Elşən Həsənli, MÜSİAD Azərbaycan sədri ⁠Rəşad Cabirli, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət baş müşavirləri Ahmet Erdal, Yakup Sefer, Murat Yaman və Təmiz Şəhər Açıq Ssəhmdar Cəmiyyətinin İcra Hakimiyyətinin sədri Etibar Abbasov iştirak ediblər.

 

“Ata pack" MMC-nin təsisçisi və baş direktoru, MÜSİAD Azərbaycanın üzvü Nicat Hüseynov tərəfindən zavoda 7 milyon investisya qoyulub.

 

Zavod Balaxanı Sanaye Parkında 6250 kv.m sahədə yerləşir. Hazırda  zavodun 70 nəfər işçi heyəti var. Zavod Azərbaycan da ilk dəfə plastik şüşələrin üzərinə etiketlərin istehsalını etməyə başlayıb. 

 

2023-cü ildə yeni istehsal xəttinə investisiya qoyulub. İcra olunmuş investisiya məbləği 7 milyon manat, planlaşdırılan layihə üzrə investisiya məbləği isə 8 milyon manatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu