Modern.az

Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı

Bakı sakini Qusarda avtomat satarkən saxlanıldı

Aktual

15 Fevral 2024, 08:14

Qusara avtomat satmağa gələn şəxs yaxalanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

 

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

 

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu