Modern.az

Sumqayıtda avtomat satan şəxs saxlanıldı

Sumqayıtda avtomat satan şəxs saxlanıldı

Aktual

15 Fevral 2024, 09:42

Sumqayıtda polis əməkdaşları avtomat satan şəxsi saxlayıb.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbir zamanı 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş paytaxt sakini Yaqub Dadaşov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat, patron darağı və 33 ədəd patron aşkar olunaraq götürülüb.

 

Y. Dadaşov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib, araşdırmalar davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu