Modern.az

"Cin atı" komediya filminin qala gecəsi - FOTO

Aktual

15 Fevral 2024, 14:18

Türkiyənin İstanbul şəhərində yerləşən Ataşəhər Bələdiyyəsi, Mustafa Saffet kültür mərkəzində Azərbaycanın əməkdar aktrisası Dilarə Əliyevanın "Cin atı" komediya filminin qala gecəsi keçirilib.

 

Modern.az xəbər verir ki, Azerbaycanın Türkiyədəki "Xaribulbül" Vizyon teatrının və İnsan Haqları Təhsil Mədəniyyət və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə keçrilən qala gecəsində öncə aktrisa ilə görüş keçrilib.

 

"Xaribulbül Vizyon teatrının rəhbəri Kəmalə Kamal iki ölkə arasında mədəniyyət körpüsünün qurulduğunu bildirib. Teatrın rəhbəri "Biz Birlikdə Güclüyük" devizi altında ikinci tədbirin baş tutduğunu və bundan sonra da silsilə tədbirlərin keçiriləcəyini açıqlayıb:

 

"Biz mədəniyyət siyasəti həyata keçiririk. Prezident İlham Əliyevin "Azərbaycan və Türkiyə hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi" ilə bağlı qərarına əsasən, biz tədbirər planı həyata keçiririk və məqsədimiz sənətçilərimizi, teatr və kino sənətimizi daha çox tanıtmaq, təbliğ etməkdir".

 

Kəmalə Kamal Dilarə Əliyevanın yaradıcılığından bəhs etdikdən sonra söz sənətçiyə verilib. Dilarə Əliyeva iki ölkənin bir birinə bağlılığından danışıb:

 

"Azərbaycan və Türkiyə can, qan bağı ilə bağlıdır. Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanındır. Türkiyə və Azərbaycan tarixdən, anadan, atadan bağlıdir. Biz bu sevgini Prezident İlham Əliyev Türkiyədən danışanda onun gözlərində, Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında söylədiyi Laçın şerində bir daha gördük. Türklük və qardaşlıq əbədidir və Turana qədər yolu var".

 

Dilarə Əliyeva tamaşaçıların suallarını cavablandırdıqdan sonra "Cin atı" filminə baxış keçrilib. Böyük rəğbət qazanan filmdən sonra Türkiyə film rejissorlarından aktirisaya iş təklifləri gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu