Modern.az

Məhərrəm Əliyev etimadnaməsini Lukaşenkoya təqdim etdi

Məhərrəm Əliyev etimadnaməsini Lukaşenkoya təqdim etdi

Aktual

15 Fevral 2024, 14:57

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

 

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”, - Aleksandr Lukaşenko görüş zamanı vurğulayıb.

 

O, həmçinin maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu