Modern.az

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparır - AÇIQLAMA

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparır - AÇIQLAMA

Aktual

15 Fevral 2024, 15:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək məqsədilə təmasları davam etdirir.

Modern.az xəbər verir ki, prezident bu barədə Misirdən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib.


“Biz yenidən cəhd edə və nəticəyə yönəlmiş və xarici təsirlərdən azad olan prosesləri idarə etməklə Ukraynada sülhün qapısını aça bilərik. Biz bu axtarışı həm cənab Putin, həm də cənab Zelenski ilə təmaslar vasitəsilə davam etdiririk. Biz əvvəldən ədalətli sülhün müharibədən daha üstün olduğunu vurğuladıq və bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Əgər sülh istəyiriksə, mütləq buna nail olmağın bir yolunu tapacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu