Modern.az

BMT-nin nümayəndəsi İlham Əliyevə təbrik ünvanladı

BMT-nin nümayəndəsi İlham Əliyevə təbrik ünvanladı

Aktual

15 Fevral 2024, 15:35

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Zati-aliləri.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və vəzifənizi icra etməyə başlamağınız münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

 

Bu fürsətdən istifadə edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafla bağlı milli prioritetlərini dəstəkləməyə davamlı sadiqliyini bildirirəm. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik.

 

Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu