Modern.az

Mişustin Əli Əsədovu təbrik etdi

Mişustin Əli Əsədovu təbrik etdi

16 Fevral 2024, 13:14

Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib.

 

Azərbaycan Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata əsasən, Baş nazirlər arasında keçirilən telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib.

 

Ə.Əsədov və M.Mişustin Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.

 

Qeyd edək ki, fevralın 16-da Milli Məclisdə Prezident İlham Əliyevin təqdimatı əsasında Əli Əsədovun Azərbaycanın Baş naziri postuna təyin edilməsinin lehinə səs verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər