Birgünlük körpə üzərində qida borusunun atreziyasının əməliyyatı icra olunub.
Modern.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunan körpə üzərində "C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu" əməliyyatı icra edilib.
Bildirilib ki, Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən əməliyyat uğurla başa çatıb.
Xəstə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.