Modern.az

Qərbin təbliğat maşını Ermənistanı yenidən qızışdırır - Fərid Şəfiyev

Qərbin təbliğat maşını Ermənistanı yenidən qızışdırır - Fərid Şəfiyev

16 Fevral 2024, 15:40

Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaqları itirməsinin əsas səbəbləri sabitliyin olmaması, iqtisadiyyatın çökməsi və geosiyasi məsələlərlə bağlı idi.

 

Modern.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə söyləyib.

 

O bildirib ki, Ermənistan Azərbaycan üçün təhdid deyil. Amma Qərbin təbliğat maşını Ermənistanı yenidən qızışdırır.

 

Fərid Şəfiyev vurğulayıb ki, Ermənistanın qanunlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. O bildirib ki, Ermənistanın xarici işlər naziri və digər rəsmiləri hələ də “Dağlıq Qarabağ” ifadəsi istifadə edir, ittihamlar səsləndirirlər.

 

Şəfiyev əlavə edib ki, Ermənistan Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. Onlar bunu dayandırmalıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər