Modern.az

Axtarışda olan Türkiyə vətəndaşı Qazaxıstana təhvil verildi

Axtarışda olan Türkiyə vətəndaşı Qazaxıstana təhvil verildi

16 Fevral 2024, 17:20

Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər