Modern.az

DYP əməkdaşları yol kənarında silah aşkarladı

DYP əməkdaşları yol kənarında silah aşkarladı

Aktual

17 Fevral 2024, 11:34

Dövlət Yol Polisi cinayətkarlığa qarşı mübarizə tədbirləri davam edir.

 

DYP-dən Modern.az-a verilən xəbərə görə, ötən gün YPX əməkdaşları tərəfindən daha bir odlu silah aşkar edilib.

 

Belə ki, Şəki-Giriş yolunun Şəki rayonu, Çeşməli kəndi ərazisindən keçən 6-cı kilometrliyində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında parçaya bükülmüş bir ədəd nişangah qurğusu olan ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər