Modern.az

Azərbaycan və Ermənistan XİN başçılarına təlimat verildi

Azərbaycan və Ermənistan XİN başçılarına təlimat verildi

Aktual

17 Fevral 2024, 16:12

Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü zamanı bildirilib.

 

Qeyd olunub ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər