Modern.az

COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq - Muxtar Babayev

COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq - Muxtar Babayev

Aktual

17 Fevral 2024, 17:18

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) şəffaflıq və inklüzivliyə həsr olunacaq.

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı bildirib.

“Bütün ölkələri Bakıda keçiriləcək bu tədbirə qatılmağı dəvət edirik. Əminik ki, müsbət nəticələr əldə edə biləcəyik. Hesab edirik ki, bu, Dubayda əldə olunmuş uğurlu konsensusdan yararlanmaq və onu 2025-ci ildə Bakıya, daha sonra Braziliyaya ötürmək üçün əla fürsətdir”, - o vurğulayıb.

M.Babayev qeyd edib ki, COP sədrlikləri troykası çərçivəsində əməkdaşlıq iqlim gündəliyindəki prosesi birgə irəlilətmək üçün yaxşı şansdır.

Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər