Modern.az

Boşanmasınlar deyə məhkəmə iclası “Sevgililər günü”nə təyin edildi 

Boşanmasınlar deyə məhkəmə iclası “Sevgililər günü”nə təyin edildi 

Aktual

17 Fevral 2024, 21:39

Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyeva boşanmaq üçün məhkəməyə müraciət edən ər-arvadın ailəsinin dağılmasının qarşısını alıb. 

 

Modern.az xəbər verir ki, bu barədə vəkil Əlibaba Əliyev məlumat verib. 

 

O bildirib ki, bir müddət öncə bir ailə işində hər iki tərəf nikahın pozulmasına istəkli olsa da, hakim barışıq üçün 3 ay vaxt verib və məhkəmənin baxış iclasını xoş niyyətlə 14 fevral tarixinə təyin edib: “Bu müddətdə isə tərəflər arasında doğrudan da barışıq oldu və nikahın pozulması ilə bağlı iddia geri götürüldü”. 

 

Vəkil hakim Səbinə Nuriyevanın ailə mübahisələri ilə bağlı hər zaman müsbət mənada fərqli yanaşma nümayiş etdirdiyinin şahidi olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər