Modern.az

Naxçıvanda intensiv yağış yağdı, evləri su basdı

Naxçıvanda intensiv yağış yağdı, evləri su basdı

Aktual

18 Fevral 2024, 20:13

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məlumata görə, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

 

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər