Modern.az

Bakıda hoteldəki yanğın söndürüldü - FOTO

Bakıda hoteldəki yanğın söndürüldü - FOTO

Aktual

19 Fevral 2024, 08:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Mont Inn” hotelində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. 

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kvadratmetr olan altımərtəbəli hotelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kvadratmetr sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən hoteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

 

 

***

07:50

Bakıda tanınmış oteldə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb.

 

Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər