Modern.az

Yəhya Sinvar HƏMAS-ın lideri olaraq qalır

Yəhya Sinvar HƏMAS-ın lideri olaraq qalır

Aktual

19 Fevral 2024, 08:14

Yəhya Sinvar Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri kimi fəaliyyətini davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd Nazzala istinadla məlumat yayıb.

 

“Sinvar hələ də HƏMAS-ın lideri kimi öz vəzifəsini yerinə yetirir, hərəkatın bütün liderləri seçkilər yolu ilə seçilir”, - deyə telekanal onun sözlərini sitat gətirib.

 

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS artıq öz komandirlərinə etibar etmir və Qəzzanı idarə edəcək yeni lider axtarır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir