Modern.az

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin SAYI

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin SAYI

Aktual

19 Fevral 2024, 11:57

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4.487 müraciətdən 4.102-nə baxılıb, 134-ü aidiyyatı üzrə göndərilib, 251 müraciət isə baxılmaqdadır.

 

Modern.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.

 

Məlumata görə, müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 175 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyatı bələdiyyələrə verilmiş təkliflər əsasında 167 akt ləğv edilib, 4 akt dəyişdirilib, 2 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 2 təklif isə baxılmaqdadır.

 

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.856 aktdan 2.405-i ləğv edilib, 1.098-i dəyişdirilib, 37 təmin olunmamış təklif üzrə məhkəmələrdə təklif üzrə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər