Modern.az

Təhqir olunan qızın nənəsi: \"O qız həm qohumumuzdur, həm də qonşu\" - VİDEO

Təhqir olunan qızın nənəsi: \

20 Fevral 2024, 14:20

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

 

Modern.az xəbər verir ki, bunu təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva jurnalistlərə açıqlamasında bildirib.


O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib:

 

“Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər