Modern.az

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbə verildi

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbə verildi

Aktual

20 Fevral 2024, 15:58

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

 

Həmin şəxslər aşağıdakılardır:

 

Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi

 

Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər