Modern.az

Səfir naziri rəsmi Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırdı

Səfir naziri rəsmi Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırdı

20 Fevral 2024, 17:22

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, səfir bu barədə “X”də yazıb.

 

Qeyd olunub ki, görüş çərçivəsində Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən humanitar minatəmizləmə işləri barədə məlumat verilib.

 

Tərəflər, həmçinin Azərbaycanla Ukrayna arasında mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd əməkdaşlığı və fövqəladə hallar üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər