Modern.az

Türkiyədə dolların məzənnəsi 30 TL-ni ÖTÜB

Türkiyədə dolların məzənnəsi 30 TL-ni ÖTÜB

Aktual

21 Fevral 2024, 11:12

Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.

 

Modern.az xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma müşahidə edilib.

 

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 30,84 TL, satış üzrə 30,89 TL müəyyən edib.

 

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0550 manata ticarət edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər